Bəzən forumlarda və ya ünsiyyət qurduğumuz digər səhifələrdə avatar yüklənməsi lazım olur. Avatar bir növ sizin profilin siması olduğundan həmişə onun daha maraqlı olması üçün çalışmırsınız. Bunun üçün kifayət qədər hazır avatar təklif edən səhifələr var. Amma öz istədiyiniz avatarı tapmaq həmişə alınmır. Bu ismarıcın ardında öz seçdiyiniz video fayldan istədiyiniz parçanın hərəkətli GİF fayla çevirmənin mümkün üsullarından birini öyrənəcəksiniz.
İlk növbədə bizə lazım olan parçanın yerləşdiyi video faylı seçmək lazımdır. Bunun üçün mən Youtube müraciət etdim və "Bəxt üzüyü" filminin treylerin seçdim.
Yüklənmiş video faylı GİF formata çevirmənin də müxtəlif üsulları var. Bizim istifadə edəcəyimiz Benderconverter olacaq. Bu xidmət də həmçinin sadə və qeydiyyatsızdır. Bizə lazım olan hissəni tapıb, seçdiyimiz video faylı ora yükləyirik. Yükləməmişdən öncə seçimləri dəqiqləşdiririk. Bizə GİF fayl lazım olduğundan GİF seçirik, faylın yerləşdiyi yeri convertora deyib Convert düyməsini sıxırıq.
... və nəticə. Şəkildə gördüyünüz kimi bizdən GİF faylın başlanğıc və son nöqtəsini daxil etmək tələb olunur. Unutmayın ki, seçdiyiniz aralıq nə qədər çox olarsa faylın həcmi də bir o qədər çox olacaq. Mən 3 saniyə seçdim. 01:11 - ci saniyədən 01:14-cü saniyəyədək. Zamanı daxil etdikdən sonra aşağıda göstərilən ölçülərdən özünüzə uyğun olanı seçin. Kliklədikdən sonra açılan pəncərədə siz həm nəticəni, həm də yükləmə üçün keçidi görəcəksiniz. Məndə belə alındı :)
0 şərh.:
Post a Comment