Səhifələr

Blogroll

30 October 2011

Əgər ayaqqabı ayağınızı vurursa nə etmək olar?




Məncə hərbirimizin həyatında olub ki, mağazaya gedib bəyəndiyimiz ayaqqabını alırıq amma evə gəlib geyindikdə onun nə qədər narahat və ya dar olduğunu anlayırıq. Əlbəttə ağrılara düzüb, ayaqlarınızı "qurban" verərək dar ayaqqabını geyinmək olar. Bu mövzuda ayaqlarınızı  əziyyətdən qurtarmaq və dar ayaqqabını geşləndirmək üsullarının ən çox yayılmışları barədə məlumat verəcəm.
Ümumiyyətlə yeni ayaqqabıları aldıqdan sonra bütün günü geyinmək düzgün deyil. Bir həftə ərzində hər gün 1 saat geyinməklə ayaqqabını "yumşaldın". Bir həftədən sonra ayaqqabıların əvvəlkinə nisbətən daha rahat olduğunu özünüz də hiss edəcəksiniz.
Ayaqqabınızın arxa hissəsinin ayağınızı vurmamasını istəyirsinizsə həmin hissəni nəm sabunla islatmaq, şamla sürtmək və ya spirt vurmaq olar.

Qəzetlə genişləndirmə. Bunun üçün sizə həddən artıq çox qəzet və su lazım olacaq. Qəzetləri suda isladın, hissələrə ayırıb ayaqqabının içinə mümkün qədər kip doldurun. Qəzetlərin çoxluğu metodun effektivliyinə təsir edir. Ayyaqabı tam dolduqdan sonra bir kənara qoyun və qəzetlərin qurumuğını gözləyin. Süni şəkildə qurutmaq olmaz. Çox gözləmək lazım gəlsə də, heç bir qızdırıcıdan istifadə etmədən qəzetlərin tam qurumasını gözləyin. Qəzetlər quruduqca su buxarlanır və ayaqqabının dərisini yumşaldır. Amma bəziləri bu metodun nəticəsindən razı qalmır. Çünki dəri növündən asılı olaraq nəm itdikdən sonra ayaqqabı daha da darala bilər.

Araq köməyiniz olsun. Arağın tərkibində olan spirt dərini yumşaltdığına görə bu üsulu da effektiv saymaq olar. Araq əvəzinə qatışığı olmayan Spirt də istifadə etmək olar. Bu üsulda ayaqqabının içəri tərəfini spirtlə isladaraq, aayağınıza qalın corab geyinib ayyaqabıda bir müddət gəzin. Spirti ayaqqabının üst tərəfinə vurmaq olmaz. Bu ayaqqabının dərisini korlaya bilər. Unutmayın ki, spirt ayaqqabıdan tam buxarlanmamış onu bayıra geyinməyin. Bu ayaqqabının keyfiyyətinə təsir edə bilər.
Zamşadan və parçadan olan ayaqqabılara spirt təsir etməsə də, əvəzində belə ayaqqabılarda pivədən istifadə edə bilərsiniz.

Soyuducu. Bu üsul digərlərinə nisbətən daha ağrısızdır. Bu üsulda sizə 2 polietilen paket və soyuducunuzun dondurucu kamerası lazım olacaq. Paketləri ayyaqabının içinə yerləşdirin və onları su ilə doldurunb ağzını kip bağlayın ki, su axmasın. Bundan sonra ayaqqabıları dondurucuya qoyub gözləmək lazımdır. Paketlər ayaqqabının formasını alacaq, su isə donduqda genişləndiyindən ayaqqabı da genişlənəcək. 

Command line - Tasklist və Taskkill komdaları

Command line sevərlər üçün 2 əmr barəsində məlumat vermək istəyirəm. Birinci əmrimiz TASKLİST hal hazırda sistemdə istifadədə olan proseslərin siyahısını və onların yaddaşdan istifadə həcmini göstərir. Eyni siyahını siz Ctrl+Shift+ESC düymələrini sıxaraq Task manager-i çağırmaqla görə bilərsiniz. Amma bəzən virusların sistemi zədələməsi və ya digər səbəblərdən Task Manager-i işə salmaq mümkün olmur.



Tasklist əmrinin mənasız bir əmr olduğunu deyəcəksiniz, çünki o bizə maraqsız informasiya verir. Amma Taskkill əmri barədə məlumat aldıqdan sonra belə düşünməyəcəksiniz. Taskkill əmri ilə Tasklist əmrindən aldığımız məlumatdan istifadə edərək istifadədə olan prosesləri dayandıra bilərik. Taskkill əmrinin kifayət qədər çox parametri var. Əmrin yazılma qaydasını anlamaq üçün şəkildə Opera internet səyyahını Tasklist əmri vasitəsi ilə bağlamağın üsullarını göstərəcəm.

/PİD açarı vasitəsi ilə Operanın bağlanması.


/İM açarı vasitəsi ilə Operanın bağlanması. 

Bu şəkildə isə /İM açarı ilə yanaşı /F açarı da istifadə edilmişdir. /açarı Force sözünün baş hərfindən götürülmüşdür və prosesin məcburi bağlanmasına gətirib çıxarır.

01 October 2011

F5Plus - Photoshop-da bığ qoyaq (CS2).



Bu dərs sizə cinsindən asılı olmayaraq hər kəs üçün bığın yaraşıb yaraşmadığını öyrənməyə kömək edəcək. Təcrübə obyektimizi seçirik. 

Q düyməsini sıxmaqla obyektimizə Maska əlavə edirik. Maskanın nə olduğunu iş müddətində başa düşəcəksiniz. Maska əlavə edildikdə heç bir dəyişiklik olmayaq, buna görə tələsib Q düyməsini bir daha sıxmaq lazım deyil. Çünki ikinci dəfə siz artıq Maska rejimindən çıxmış olacaqsınız.
Maska əlavə olunduqdan sonra Filter – Render – Fibers menyusuna daxil olun. Keçmiş dərslərimizdə Filter menyusu barədə danışmışdıq. Açılan pəncərədə aşağıdakı parametrləri daxil edin. 



İndi isə Q düyməsini yenidən sıxıb Maska rejimindən çıxaq. Nəticədə belə bir vəziyyət alınmalıdır.



Alındısa davam edək. Ctrl+Shift+N düymələrinin köməyi ilə Yeni qat yaradıb aktiv edək və qara rəngə boyayaq. Ctrl+D düymələrini sıxaraq seçilmiş sahədən imtina edək. Alətlər panelindən Rectanqular Marquee Tool alətini seçib şəkldə görsəndiyi kimi bir sahə seçin, Shif+Ctrl+İ düymələr kombinasiyasının köməyi ilə seçilmiş sahəni əksinə çevirin və Delete düyməsini sıxın. Bütün bu əməliyyatlardan sonra belə bir vəziyyət alınmalıdır.



 Ctrl+D düymələri ilə seçilmiş sahədən imtina edək və keçək işimizin əsas hissəsinə. Ctrl+T – Mausun sağ düyməsi – Warp. Warp-dan istifadə etməyi artıq keçmiş dərslərimizdə öyrənmişik. Keçmiş biliklərdən istifadə edərək seçdiyimiz hissəni gələcək bığın quruluşundan asılı olaraq formaya salırıq.


Bığı formaya saldıqdan sonra əlavələr edək. Bığımızın yerləşdiyi qatın üzərində iki klik edib açılan pəncərədə aşağıdakı parametrləri daxil edək.


Layer – layer Style – Create Layer əmrini yerinə yetirək. Qatların sayının artıdığının şahidi olacaqsınız. Əsas şəklimizin yerləşdiyi qatdan başqa bütün qatları işarə edib Merge Layers əmri ilə birləşdiririk.


Qatları birləşdirdikdən sonra Vector Mask tətbiq edirik.


 Alətlər panelindən Brush (fırça) alətini seçib rənginin qara rəng olduğuna əmin olduqdan sonra bığın kənarlarından başlayaraq onu qaydaya salırıq. Vector Mask rejimində fırça ilə işlədikdə qara rəng maskanı təmizləyir ağ rəng isə pozulmuş hissəni qaytarır. Bir az çalışdıqdan sonra təxminən belə bir nəticə əldə edə bilərik.




DeviantArt - seçilmiş divar kağızları - WallPapers


Super Mario həvəskarları üçün maraqlı bir divar kağızı. Rənglər göz ağrıtsa da 1-2 saatlıq saxlamaq olar.

Müəllif - Conorstubbys.

Youtube - USB stolüstü lampa düzəltmək üsulu.


Videoda çox sadə şəkildə izah edilir. Bir gün mütləq yoxlayacam.


Eyni anda bir neçə Google hesabından necə istifadə etmək olar?


Əminəm ki,  Gmail istifadə edən əksər istifadəçilərin bir neçə hesabı var. Mənim də həmçinin. Google üçün fərqi yoxdur, amma bir hesabdan digərinə keçid kifayət qədər çox vaxt aparır və yorucudur. Əlbəttə bir neçə internet bələdçisindən istifadə etməklə bunu həll etmək olar. Amma məncə tək bir e-poçt üçün kompüter resurslarını qurban vermək düzgün olmazdı. Bunu nəzərə alaraq Google istifadəçilər üçün eyni anda bir neçə hesabdan istifadə etmək imkanı yaratdı. Bu funksiyadan istifadə etməklə 10 hesaba qədər eyni anda və ən əsası eyni internet bələdçidə açmaq olar. Aktiv etmək üçün aşağıda göstərilən addımları ardıcıllıqla etmək lazımdır.


  1. Funksiyanı aktivetmə səhifəsinə keçin - Səhifə burada
  2. Ən çox istifadə etdiyiniz Google hesabınızın istifadəçi adı və şifrəsi ilə daxil olun
  3. Yuxarıdakı şəkildə göstərilmiş kimi bütün seçimlərə razılıq bildirib yadda saxla düyməsini klikləyin
  4. Yadda saxlayın ki, bu əməliyyatları hər bir Google hesabı üçün etmək lazımdır. 
Bütün bunlar hər bir hesabınızda edildikdən sonra hər hansı hesabınıza daxil olun və yuxarı sağ tərəfdə sizin adınız və ya e-poçtunuz yazılmış keçidə vurduqda yeni yaranmış Switch account düyməsini görəcəksiniz. Onu klikləməklə siz eyni bələdçidə ikinci, üçüncü və s. hesablarınızı aça bilərsiniz.