Səhifələr

Blogroll

30 September 2011

Facebook - Chrome - Sizi dostlar siyahısından silənlərdən xəbər tutun.

Facebook-da əgər biri ilə dostluq etsəniz və ya kimdənsə sizə dostluq təklifi gəlsə bu barədə siz çox sayda bildiriş alacaqsınız. Hətta e-poçtunuza belə bildiriş məktubu gələcək. Amma dostlarınızdan kimsə sizi siyahısından silərsə bu barədə ümumiyyətlə heç yerdə məlumat görsənmir. Bəziləri üçün kiminsə onları dostluqdan çıxarması maraqsız ola bilər. Amma əsl facebook fanatları üçün bu maraqlıdır.
Bunun üçün Google Chrome üçün Facebook Friends Checker əlavəsini yükləmək lazımdır. Yükləyib aktiv etdikdən sonra sizin Facebook hesabınızda əlavə keçid yaranmalıdır. 

Həmin keçidə vurmaqla siz profiliniz yoxlama intervalını təyin edə bilərsiniz.




 İnterval təyin edildikdən sonra FBcheker işə düşür və hər dəfə hər hansı dostunuz sizi öz siyahısından silərsə aşağıda göstərilən tipdə bildiriş alacaqsınız. Bildirişə həmin istifadəçinin profilinə keçid də əlavə olunur. 

29 September 2011

Windows 7 - NASA -dan Kosmik peyzajlar mövzusu

Bu mövzuda toplanmış 14 şəkildə siz uzaq qalaktikalar, ulduz partlayışları və kosmik fəzanın digər gözəllikləri ilə tanış olacaqsınız. Bəzi şəkillər həqiqətən göz oxşayır. Baxmağa dəyər.

F5plus - Photoshop-da muncuq yaradaq



Bu dərsimizdə PhotoShop vasitəsi ilə muncuq yaratmağı öyrənək.
İlk öncə sizə uyğun bir ölçüdə yeni fayl yaradın. Mən 200x200 piksel seçdim. İlk öncə #cfccc6 rəngini əsas rəng təyin edirik. Alətlər panelindən Ellipse tool alətini seçərək Shift düyməsini saxlamaqla ideal dairə yaradırıq.


Yaratdığımız dairənin yerləşdiyi qatın üzərində sağ düyməni sıxaq və açılan kontekst menyudan Blending Options – İnner Shadow. Və aşağıda göstərilmiş parametrləri daxil edin.


Hələ Ok düyməsini sıxmayın. Ardınca İnner Glow bölməsinə keçək və bu parametrləri daxil edək.





İndi isə üzünüzdə təbəssümlə Ok düyməsini sıxa bilərsiniz J Tutorialın bu hissəsi bitdi. Bundan sonra bütün işlərimiz demək olar ki, Brush aləti ilə olacaq. Ctrl+Shift+N düymələrinin köməyi ilə yeni qat yaradırıq. Brush alətini Alətlər panelindən tapıb seçirik. Əsas rəngimizi 9c9382 təyin edirik. Muncuğun ölçüsündən asılı olaraq fırçanın ölçüsünü təyin edirik. Fırçanın sıxlığı 0% olmalıdır. Təxminən aşağıdakı formanı almağa çalışın.




Yenidən fırça alıtindən istifadə edək. Nizamlamalar eyni olacaq, yalnız fırçamızın ölçüsü əvvəlkindən kiçik olmalıdır. Bu dəfə əsas rəngimiz ağ rəng olacaq. Yeni qat yaradaq(Ctrl+Shif+N). Əvvəlki ləkənin üstündən şəkildə göstərdiyim kimi bir neçə dəfə klikləyək.


Bir dənə də Yeni qat yaradaq və bu addımdan əvvəl qoyduğumuz parıltının yanından kiçik bir nöqtə qoyaq.


Parıltılar və ləkə olan qatlarımıza Filter-Blur-Motion Blur filterini aşağıdakı parametrlərlə tətbiq edək.






 Hər şey demək olar ki, hazırdır. Muncuğun daha da gözəl görsənməsi üçün kölgə əlavə edək. Bunu üçün əsas rəngimiz qara seçirik. Qısa yolla bunu D düyməsini sıxmaqla əldə etmək olar. Parametrlər əvvəlki kimi qalacaq. Fırçanın ölçüsü isə muncuğun ölçüsündən asılı olacaq. Yeni qat yaradaq və onu bütün qatlardan aşağı, Background qatından yuxarı yerləşdiririk. Kölgəni çəkdikdən sonra Kölgə yerləşən qatın şəffaflığını 20-30% arası təyin edirik.


Və budur bizim muncuq hazırdır. Fantaziyanızdan istifadə edərək müxtəlif variantlar ala bilərsiniz.
Uğurlar.





27 September 2011

Windows 7 - FaceBook Gadget - FBExplorer


Fikrimcə çox az adam tapılar ki, Vista və ya Windows 7 - də mövcud olan gadgetlərdən istifadə etsin. Çünki saat və təqvimdən başqa maraqlı lazım ola biləcək heç nə yoxdur. Amma Bu gadget Facebook fanatları üçün çox lazım ola bilər. Bu gadget facebook hesabınızda baş verən ən son yenilənmələr barədə sizə daim məlumat verəcək. Bunu üçün veb bələdçidə facebook səhifəsini açmağa ehtiyac yoxdur. Yükləyin, məncə maraqlı və lazımlı bir gadgetdir.

Sumqayıtda "şəhər günü" qeyd olundu.


Sumqayıtda şəhər günü qeyd olundu. Bu videoda şəhər günündə nümayiş etdirilmiş ən maraqlı epizodlara baxa bilərsizniz. 



17 September 2011

Zyxel modeminin sazlanması - Prestige 600 series





Əhali arasında kifayət qədər geniş yayılmış Zyxel modemlərinin sazlanması D-link-lərə nisbətən çox sadə olsa da bu modemlərinin sazlanmasının şəkillər üzrə göstərilməsi məncə lazımlı ola bilər. D-link modeminin sazlanması barədə yazılmış mövzunun modemə daxil olana qədər hissəsi eynən Zyxel modemlərində də edilmədilir. Buna görə sadəcə həmin hissəni bura köçürüb modemi sazlamağa davam edək. 


Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.


Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 



İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə Zyxel modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən digər modemlərdən fərqli olaraq ancaq şifrə yazmaq  tələb olunur.  İlk dəfə sazlandıqda Zyxel modemlərində şifrə 1234 - dür. Şifrəni daxil etdikdə bizə mövcud şifrəni dəyişmək haqqında məlumat pəncərəsi gələcək. 


Şifrəni 1234-dən fərqli bir şifrə ilə əvəz edib hər iki xanaya daxil edin.  Yenidən şifrə pəncərəsi açıldıqda daxil etdiyiniz şifrəni yazın və modemə daxil olun. 

Şifrəni daxil etdikdən sonra açılan pəncərədə Wizard Setup seçib  növbəti açılmış pəncərəyə keçək. 




Açılan pəncərədə qoşulma modunu seçək. Bridge bizə yaramadığından Routing seçirik. Bizim misalda Sumqayıt şəhərində Aztelekom.Net abunəçisi üçün qoşulma etdiyimizdən Encapsulation kimi  PPPOE seçək.  




VPİ/VCİ Aztelekom.Net - də 1/32 olduğu üçün daxil edək və Next düyməsini sıxaq. Növbəti pəncərədə istifadəçi adı və şifrəni , digər parametrləri şəkldəki kimi daxil edək. 


Next düyməsini kliklədikdən sonra daxil etdiyimiz məlumatlar barədə pəncərə açılacaq. Açılan pəncərədə Save settings düyməsini klikləyib məlumatları yadda saxlayırıq. 


15 September 2011

DeviantArt - seçilmiş divar kağızları - WallPapers


Fine-Mellow adlı istifadəçidən maraqlı bir divar kağızı. 

Əgər əl altında Photoshop yoxdursa.


Növbəti Photoshop əvəzedici web alət. Digərlərindən daha funksional və maraqlıdır. Hətta rəssamlıq qabilliyyətim olmasa belə protret çəkə bildim. Bu servislə siz həm kompüterinizdə olan şəkillər üzərində dəyişiklik edə, həmçinin də buradakı alətlərdən istifadə edərək yeni şəkil yarada bilərsiniz. Servisin bütün funksiyalarını yoxlamasam da menyuya göz gəzdirdikdə Photoshopda olan əksər funksiyaların bura da mövcud olduğu görünür. Nəzərdə saxlayın, bəlkə lazım oldu ;)


Toplarla janqlyorluq - Ətrafdakıları təəccübləndirin.



Kifayət qədər maraqlı videodur. Boş vaxtlarınızda məşq edib öyrənmək olar. 


14 September 2011

Windows 8 - Səbrsizlər üçün

Özünün super sürətli yüklənməsi ilə diqqət cəlb etmək istəyən Windows 8 - in hələ hazır olmayan versiyasını yükləyib yoxlaya bilərsiniz. Qeyd edim ki, Windows 8 təmiz diskə yüklənməlidir. Amma siz köhnə sistemlərinizi saxlayaraq alternativ kimi də yükləyə bilərsiniz.

Windows 7 - Kosmos şəkilləri mövzusu

GTGraphics-dən Kosmos şəkilləri adlı yeni mövzu. Çox maraqlı və rəngarəng şəkillərdir. Məncə yükləməyə dəyər.

13 September 2011

Windows 7 - Disklərə müraciəti qadağan edək.

Çox az-az lazım olsa da kifayət qədər lazımlı olabiləcək bir məlumatdır. Diskləri gizlətmək və onlara müraciəti qadağan etmək üçün kifayət qədər çox üsul. Bu onlardan biridir və nəzərə alın ki, bu üsul yalnız Windows 7 - Professional, Ultimate, Enterprise versiyalar;nda keçərlidir. İlk növbədə Local Policy Manager (gpedt.msc) proqramını işə salaq. Bunun üçün START düyməsini vururuq və axtarış hissəsində gpedit.msc yazıb nəticənin tapılmasını gözləyirik. Əgər axtarış bu faylı tapırsa demək sizin ƏS bizim edəcəyimiz üsulu dəstəkləyir. Əks halda dəstəkləmir. 


Tapılmış fayl üzərində klikləyib açaq. İlk açılacaq pəncərə şəkildəki kimi olmalıdır. 



Açılmış pəncərədə ardıcıl olaraq:
Конфигурация пользователя - Административные шаблоны - Компоненты Windows - Проводник Windows 
Əgər hər şeyi düz etdinizsə aşağıdakı şəkildə göstərilən Скрыть выбранные диски из окна "Мой компьютер" tapacaqsınız. 

Həmin yazının üzərinə klikləsəz açılan pəncərədə diskləri gizlətmə barədə parametrləri görəcəksiniz. Şəkildə işarələdiyim ardıcıllıqla 1-ci etapı keçdikdən sonra. 2-ci etapda siyahıdan gizlətmək istədiyiniz diskləri seçib OK düyməsini klikləyirisiniz. Reboot etsəniz əməyinizin görə bilərsiniz. Əgər diskləri pərpa etmək istəyirsinizsə sadəcə olaraq eyni əməliyyatları yerinə yetirərək aktiv etdiyiniz funksiyanı söndürün. 

TP-link modeminin sazlanması





Əhali arasında kifayət qədər geniş yayılmış TP-link modemlərinin sazlanması D-link-lərə nisbətən çox sadə olasa da bu modemlərinin sazlanmasının şəkillər üzrə göstərilməsi məncə lazımlı ola bilər. D-link modeminin sazlanması barədə yazılmış mövzunun modemə daxil olana qədər hissəsi eynən TP-link modemlərində də edilmədilir. Buna görə sadəcə həmin hissəni bura köçürüb modemi sazlamağa davam edək. 


Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.

Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 



İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə D-link modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən istifadəçi adı və şifrə tələb olunur. Dəyişilməyibsə D-link modemlərində bu İstifadəçi adı - admin, Şifrə - admin.


Modemə daxil olduq. İlk açılan pəncərədə modemin Statusunu görəcəksiniz. Burada modemdə olan konfiqurasiyalar və hal - hazırki qoşulma barədə məlumat verilir. Quik Start keçidini klikləyib işə başlayaq. 


Növbəti açılan pəncərədə Run Wizard düyməsini klikləyin. Kliklədikdən sonra kiçik salamlama pəncərəsi açılacaq və bizə keçəcəyimiz mərhələləri göstərəcək. 




NEXT düyməsini klikləyib işə başlayırıq. İlk təklif olunan saat qurşağının seçilməsidir. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əgər hər şeyin yerində olmağını xoşlayırsınızsa siyahıdan yerləşdiyiniz saat qurşağını seçin və yenidən NEXT düyməsini klikləyin. 


Növbəti addımda qoşulma növümüzü seçirik. Bu məlumat provayderdən alınmalıdır. Bizim misalda Aztelekom.Net üzərindən qoşulmaq istəyən Sumqayıt şəhər abunəçisi üçün modem nizamlamaları olacaq. Buna görə bizim seçimimiz PPPOE olacaq. Şəkildə işarələnmişdir. 


NEXT düyməsini klikləyirik və açılan pəncərədə provayderdən aldığımız istifadəçi adı və şifrəmizi, ardınca isı VPİ/VCİ məlumatlarımızı daxil edirik. 


NEXT düyməsini bir daha klikləsək  işlərin tamamlandığını və NEXT düyməsindən sonra bütün məlumatların modemə qeyd olunacağı barədə məlumat gələcək. Əgər hər şeyi düz etdiyinizdən əminsinizsə NEXT klikləyib açılan pəncərədə Close düyməsini basırıq. Bundan sonra internetdən istifadə etməyə çalışırıq.