Səhifələr

Blogroll

30 August 2011

Windows 7 - də sizi maraqlandıracaq qısayollar.


Windows 7 əməliyyat sistemində işimizi sürətləndirən lakin çox az adamın istifadə etdiyi qısayollar (ShortCuts) barədə məlumatınız var. Bu xəbərin ardında sizin bildiyiniz bəlkə də bilmədiyiniz amma sizə işinizdə lazım ola biləcək qısayollar göstərilib. 

Ctrl+Shift+N - Yeni qovluğun yaradılması.


Bunu məncə izah etməyə dəyməz. Çox tez - tez istifadə olunan qısayoldur. Əgər əvvəl bunun üçün fayl menyusundan yarat altmenyusuna keçmək lazım idisə indi bunu bu üç düymənin kombinasiyası ilə etmək olar.

Shift+fayl üzərində sağ klik -  Genişlənmiş Send To menyusu
Faylın üzərində sağ düyməni klikləyib açılan Send to alt menyusundan bəlkə də az istifadə edirsiniz.
Amma Shift düyməsini sıxmaqla bu menyuya daxil olsanız onun nə qədər geniş olduğunu görmək olar. Bundan sonra bəlkə daha tez - tez istifadə etdiniz. 

Shift + Qovluq üzərində sağ klik - Həmin qovluqda Əmrlər konsolunun açılması
Adi istifadəçiyə nadir hallarda lazım olabiləcək bir qısayol. 

Win + Space - Işçi masanın tez bir şəkildə göstərilməsi. 
Bunu Win + D düymələri ilə də etmək olar. Amma bu halda bütün pəncərələr aşağı enəcək və onları yenidən qaldırmaq lazım gələcək. Bizim halda hissə Windows 7 - nin aero-sundan istifadə edərək sadəcə pəncərələr şəffaflaşır. 

Win + Yuxarı/aşağı/sağa/sola - aktiv pəncərənin sağa/sola/yuxarı/aşağı çəkilməsi
Bu qısayol  da həmçinin çox tez - tez istifadə olunanlardandır.

Win+T - Məsələlər Panelinin (TaskBar) aktivləşdirilməsi.

Shift+Məsələlər Panelində olan proqram üzərində klik - Proqramın yeni pəncərəsinin açılması
Bu sizə nə zaman lazım ola bilər - Deyək ki, siz Chrome - da çox sayda səhifə açmısınız və sizə rahatlıqla tapa biləcəyiniz yeni bir səhifə lazımdır. Bu səhifəni 30+ tab arasında açıb sonra axtarmaqdansa  Chrome-nin yeni pəncərəsində açmaq daha rahat olar. 

Win+B - Sistem panelinə keçid 
Tray-da yerləşən proqramlar, şəbəkə və saatın yerləşdiyi panelə fokuslanmaq üçün istifadə edə bilərsiniz. 

Win+P - Proektor və ya ikinci monitoru birləşdirən menyu.

Win+1, Win+2... - Məsələlər panelində saxlanılmış proqramlara daha tez müraciət üçün
Şəkildə əgər baxsanız Win+1 basmaqla bizdə İnternet Explorer açılacaq, Win + 3 bassaq Media Player və s. 

Win+Pause - Sistem özəlliklərinə daha tez baxmaq üçün 

Ctrl+Shift+Esc - Task Manager - ə bir başa müraciət üçün. 
Əgər XP-də Ctrl+Alt+Del düymələri Task Manager açırdısa, Win 7 əməliyyat sistemində bu düymələr ümumi menyu açır.

Photoshop-dan istifadə etmədən şəkil redaktə etmək/Online photo editor.

Hər zaman əl altında olmayan Photoshop-suz keçinməyin daha bir üsulu. Bəzən şəkillərdə çox kiçik bir dəyişiklik etmək üçün məcburiyyət qarşısında ya Photoshop, ya da digər proqramlara müraciət edirik. Misal kimi şəkillərdə tez - tez rast gəlinən "qırmızı göz" effektinin aradan qaldırılması. Ardında qırmızı göz və digər sadə işlərin öhtəsindən gələn online foto redaktorun əsas xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Bəlkə lazım oldu ;)


Bu gün göstərəcəyimiz foto redaktor internetdə olanların bəlkə də ən sadəsidir. Axtarışdan istifadə edib daha geniş və mükəmməl editorları tapa bilərsiniz. Sadəliyinə baxmayaraq Editor.pho.to sizə şəkillər üzərində manipulyasiya etmək üçün kifayət qədər böyük imkanlar verir.
  • Şəkli kəsmək
  • Şəkli döndərmək
  • Ölçüsünü böyüdüb və ya kiçiltmək
  • Bir kliklə şəklin bütün parametrlərini daha da yaxşılaşdırmaq
  • Şəklə mətn əlavə etmək
  • Şəklə öz şəxsi imzanızın qoyulması (watermark)
  • və s.
Bütün sadalananları yoxlamaq üçün ilk növbədə şəklimizi seçək və işə başlayaq. Mən öz şəklimi seçdim.


Seçdiyimiz şəkli redaktora yükləyək. Yüklədiyiniz şəkilləri yalnız siz görürsünüz və onlar 12 saatdan sonra avtomatik silinəcək.



Şəkli yüklədikdən sonra onun ölçüsünü, istiqamətini, arxa fonun rəngini dəyişmək təklif olunur. Amma məncə ölçüyə toxunmasaq daha doğru olardı, digər parametrləri isə özünüzə uyğun dəyişə bilərsiniz. Şəkildə göstərilən "Yüklə" düyməsini sıxıb davam edirik.
Şəkil yükləndikdən sonra onu yuxarıda sol tərəfdə yerləşən paneldə görəcəksiniz. Orda həmçinin son redaktə etdiyiniz şəkillər də olacaq. Qeyd etdiyimiz kimi bu şəkillər 12 saatdan sonra avtomatik silinir. Sağ paneldə isə eksprimentlərimizin nəticələri yerləşəcək. Şəklin üzərinə gətirdikdə ona müvafiq menyu açılır və sizə şəklin redaktə üçün seçilməsi, kompyuterə yüklənməsi və tam ölçüdə göstərilməsi təklif olunur. Şəkli redaktə üçün seçib işimizə davam edirik. 

Alətlər paneli sol tərəfdə yerləşir. Ən yuxarıda şəklin ölçüsü və ekranda görünməsi ilə bağlı alətlərdir. onların vasitəsi ilə şəklin real ölçüsünü, ekrana yerləşəbiləcək ölçüsünü və ya istəyimizə uyğun böyüdüb kiçildə bilərik. Alt tərəfdə olan iki ox işarəsi etdiyimiz əməliyyatların geri qaytarılması üçün düymələridir (Undo və Redo). 
Bir az aşağıda şəkli kəsmək, döndərmək və ölçüsünü dəyişmək üçün alətlər var. Alətləri seçdikdə köməkçi paneldə alətə uyğun seçənəklər görsənir. Onlardan istifadə etməklə əməliyyatları yerinə yetirmək olar. 
Fotokorreksiya bölməsində şəkli qaydaya salmaq üçün müxtəlif alətlər yerləşdirilib. Bir neçəsin tətbiq etsəm də dəyişiklik hiss etmədim. Ola bilər seçdiyim şəkil fikirləşdiklərindən fərqlidir :)
Növbəti paneldə bizi maraqlandıran qırmızı göz effektini götürən alət yerləşir. Onunla yanaşı digər alətlər də var. Mənim daha çox bəyəndiyim karikatura aləti oldu. Növbəti şəkildə qırmızı göz effekti və karikatura tətbiq olunmuş şəkildir. 

Daha sonra gələn alətlər vasitəsi ilə isə şəkillərə müxtəlif effektlər vermək olar. Sonda isə daha iki alət mətn və watermark əlavə etmək üçün alətlərdir. Watermark əlavə etmək üçün əvvəlcədən hazırladığımız şəkli hər hansı hosting-ə yükləyirik və aşağıdakı şəkildə göstərilən yerdə keçidi əlavə edib tətbiq edirik. 
Şəklimiz tam hazır olduqdan sonra isə yuxarı sağ paneldə sonuncu şəkli seçib komyuterdə saxlayırıq. 
Göründüyü kimi online photo editor tam olmasa da Photoshop-u əvəz edə bilər. 

Windows 7 - Angry Birds həvəskarları üçün mövzu.

29 August 2011

Photoshop-dan istifadə etmədən istənilən video faylı hərəkətli GİF fayla çevirək.


Bəzən forumlarda və ya ünsiyyət qurduğumuz digər səhifələrdə avatar yüklənməsi lazım olur. Avatar bir növ sizin profilin siması olduğundan həmişə onun daha maraqlı olması üçün çalışmırsınız. Bunun üçün kifayət qədər hazır avatar təklif edən səhifələr var. Amma öz istədiyiniz avatarı tapmaq həmişə alınmır. Bu ismarıcın ardında öz seçdiyiniz video fayldan istədiyiniz parçanın hərəkətli GİF fayla çevirmənin mümkün üsullarından birini öyrənəcəksiniz.

İlk növbədə bizə lazım olan parçanın yerləşdiyi video faylı seçmək lazımdır. Bunun üçün mən Youtube müraciət etdim və "Bəxt üzüyü" filminin treylerin seçdim.
Youtube - dən video yükləmənin müxtəlif yolları var. Mən İnternetDownloadManager vasitəsi ilə yükləyirəm. Amma bu yükləmə menecerinin sizin kompyuterdə ola bilməyəcəyini fikirləşib alternativ variant kimi online yükləmə xidmətlərindən istifadə edək. Mənim seçdiyim Keepvid.com oldu. Sadə və qeydiyyatsızdır. İşə sadıqda Java applet barədə icazə istədikdə razılıq verib videomuzu kompyuterə yükləyirik.
Yüklənmiş video faylı GİF formata çevirmənin də müxtəlif üsulları var. Bizim istifadə edəcəyimiz Benderconverter olacaq. Bu xidmət də həmçinin sadə və qeydiyyatsızdır. Bizə lazım olan hissəni tapıb, seçdiyimiz video faylı ora yükləyirik. Yükləməmişdən öncə seçimləri dəqiqləşdiririk. Bizə GİF fayl lazım olduğundan GİF seçirik, faylın yerləşdiyi yeri convertora deyib Convert düyməsini sıxırıq.


Videonun həcmindən asılı olaraq gözləyirik.

... və nəticə. Şəkildə gördüyünüz kimi bizdən GİF faylın başlanğıc və son nöqtəsini daxil etmək tələb olunur. Unutmayın ki, seçdiyiniz aralıq nə qədər çox olarsa faylın həcmi də bir o qədər çox olacaq. Mən 3 saniyə seçdim. 01:11 - ci saniyədən 01:14-cü saniyəyədək. Zamanı daxil etdikdən sonra aşağıda göstərilən ölçülərdən özünüzə uyğun olanı seçin. Kliklədikdən sonra açılan pəncərədə siz həm nəticəni, həm də yükləmə üçün keçidi görəcəksiniz. Məndə belə alındı :)



"Caps Lock" düyməsindən xilas olaq!


Kompyuter arxasında uzun uzadı mətn yazdıqda, şifrəni daxil etdikdə, tələsik nəsə yazdıqda əl - ayaq altında dolaşan Caps Lock düyməsi həm vaxtımızı alır, həm də əsəblərimiz korlayır. Bu düymənin ləğv olunması barədə kifayət qədər söz gəzsə də hələ ki, Caps Lock bizi izləməkdə davam edir.

Amma biz onu çox sadə şəkildə ya tam öldürə bilərik, ya da bizim üçün daha doğma olan Shift və ya Ctrl düymələri ilə əvəz edə bilərik. Bunun üçün regedit.exe faylını çağırıb aşağıdakı ünvana keçərək göstərilən addımları ardıcıllıqla etmək lazımdır.
[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Keyboard Layout]

Yeni Binary Value yaradırıq və Scancode Map adlandırırıq.

Üzərində iki klib edib aşağıdakı kimi doldururuq.


 Nəticə belə olmalıdır.


Bütün bunlar edildikdən sonra kompyuterə restart verib nəticəni yoxlayın.
Əgər Caps Lock düyməsini digər düymə ilə əvəz etmək istəsəniz sadəcə daxil etdiyiniz kodu aşağıdakılara uyğun dəyişin.
Ctrl - 00,00,00,00,00,00,00,00,02,00,00,00,1d,00,3a,00,00,00,00,00 
Shift - 00,00,00,00,00,00,00,00,02,00,00,00,2a,00,3a,00,00,00,00,00

25 August 2011

Şüşənin içinə yumurtanı necə salmaq olar? :)