Səhifələr

Blogroll

07 May 2010

Photoshop-da maraqlı parıltı effekti


Bu effektin Photoshop-da necə alındığını öyrənmək üçün mövzunun ardını oxuyun.


İlk addımda 600x600 piksel ölçüdə yeni fayl yaradın və aşağıdakı şəkildə göstərilmiş nizamlamalara uyğun Radial Gradientlə rəngləyin.

Bu əməliyyatın nəticəsi aşağıdakı formada olmalıdır. 
Parıltının mərkəzini ön plana çəkmək üçün Gradientlə rənglədiyimiz qatın nüsxəsi çıxararaq, onun görünüşünü Color Dodge - yə dəyişirik. 

Yeni bir qat yaradaraq onun üzərində aşağıda göstərilmiş Filterləri tətbiq edirik. 
Chrome filtri standart nizamlamalarda tətbiq olunur.

Alacağımız nəticə bu cür olmalıdır.


Filter tətbiq etdiyimiz qatın şəffaflığını 30%-ə qədər azaldaraq görünüşünü Overlay ilə əvəz edirik.


Növbəti addımda Pen Tool-dan istifadə edəcəyik. Onun köməyi ilə yeni qatda istədiyiniz formada cızıq yaradın. Amma mümkün qədər az dayaq nöqtəsindən istifadə edin ki, cızığımız maili alınsın. 





Cızığın formasını dəqiqləşdirdikdən sonra Brush alətini seçirik və aşağıdakı kimi nizamlayırıq. 



Bundan sonra yenidən Pen Tool alətinə qayıdaraq cızığın üzərində sağ düyməni klikləyib Stroke Path seçimini etmək lazımdır. 


Çıxan kiçik pəncərədə alətimiz Brush seçirik və Simulate Pressure-ni işarə edirik.

Nəticəmiz bu cür olmalıdır.
Sonra yenidən Pen Tool alətini seçərək aşağıda göstərilmiş əməliyyatı yerinə yetiririk.


Cızıq yerləşən qatın üzərində iki klik edərək layer Style pəncərəsini çağırırıq və aşağıda göstərilən nizamlamaları tətbiq edirik. Böyük ölçüdə baxmaq üçüb klik edin.
Yeni qatlar yaradaraq hər birinə yuxarıda göstərilmiş nizamlamaları tətbiq edərək aşağıda göstərilmiş şəklə uyğun bir şey almaq olar. İşimizi asanlaşdırmaq üçün Copy Layer Style və Paste Layer Style əmrlərində istifadə edin.

Parıltımızı daha da zənginləşdirmək üçün müxtəlif rəngli Radial Gradientlərdən istifadə etmək olar. 
Gradienti tətbiq edərək onun şəffaflığını 50%-ə qədər azaldırıq və görünüşünü Color rejiminə dəyişirik.
Bir neçə Gradientdən sonra qatların vəziyyəti bu cürdür. 

Son nəticəmiz seçdiyiniz rənglərdən asılı olaraq bu cür olmalıdır. 
Tutorial Demiart.ru səhifəsindən tərcümə edilmişdir.

Maraqlı və düşündürücü reklam çarxı


Video çarx Qeyd.az saytından götürülmüşdür.

"Buz dövrü 4" cizgi filminin təqdimat vaxt artıq məlumdur


Amerikan kinokompaniyas 20th Century Fox Buz dövrü  cizgi filminin dördüncü hissəsinin təqdimat vaxtını elan edib. Cizgi filminin premyerası 2012 - ci ilin 13 iyul tarixinə planlaşdırılır. Ssenarinin detalları barədə heç bir məlumat verilməsə də dördüncü hissənin adını Buz dövrü: Kontinental sürüşmə adlandırılacağı bildirilib. Müəlliflər bu hissəni 3D - də hazırlamağı fikirləşirlər.
Xatırladım ki, cizgi filminin üçüncü hissəsi Buz dövrü - Dinozavrlar erası kinematoqraf tarixində ən gəlirli filmlər arasında 15-ci yeri tutur. 90 milyon dollarlıq büdcəsinə baxmayaraq film 880 milyon dollar gəlir toplamışdır.

06 May 2010

Azərcell rebrendinq edir

 
Bu xəbərin qaranquşları çoxdan gəlsə də həyata keçməsinə ilk dəfə bu gün rast gəldim. Azercell distributorlarının əksəriyyətinin reklam şitləri dəyişdirilsə də üstü bağlı şəkildə asılmışdlr. Hələ asılmaqda olan şitlərdən birində Azercell-in həm loqosunun həm də rəng çalarlarını dəyişdiyini görmək olar.


 Bu dəyişiklik nəticəsində TeliaSonera (Moldcell - Moldova, Geocell - Gürcüstan, Azercell - Azərbaycan, Kcell - Qazaxıstan mobil rabitə şirkətlərinin əsas səhm paketinin sahibi) səhmlərinə sahib olduğu müəssisələri eyni brend altında birləşdirmək istəyir. Mobil operatorlarımız bir birinin ardınca rebrendinq etsə də bu onların təklif etdiyi tariflərdə öz əksini tapmır. 4 milyon abunəçisi ilə ölkənin bir nömrəli operatoru olan Azercell ən keyfiyyətli və ən bahalı mobil rabitə xidməti təklif edir.

Chuck Andersonun Windows 7 üçün yeni teması

Sürrealistik mövzuda olan şəkillər hərdən göz ağrıtsa da öz rəngarəngliyi ilə xoş təəssürat yaradır. 

05 May 2010

Mausun sağ düyməsinin klikinə seçimlərinin Copy to/Move to əlavə edilməsi

Bu mövzuda göstərilmiş üsulla siz mausun sağ düyməsi ilə çağrılan kontekst menyuya Copy to (Qovluğa kopyala)/Move to (Qovluğa göndər)seçimlərini əlavə edə biləcəksiniz.


Bunun üçün ilk növdə Win+R düymələrinin kombinasiyası ilə əmrlərin incarası pəncərəsini çağırırıq və Regedit əmrini yazaraq Ok düyməsini klikləyirik.
Açılmış pəncərədə göstərilmiş ardıcıllıqla qovluqlara keçirik.
HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers
 Bu hissədə iki ədəd Razdel və ya İngiliscə Key yaradaraq birini Copy to digərini Move to adlandırın. Copy to komandasının standart əmsalını dəyişərək aşağıda göstərilmiş sətri daxil edin.
{C2FBB630-2971-11D1-A18C-00C04FD75D13}

Move to uçün isə aşağıdakını daxil edin.
{C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}
 Nəticədə kifayət qədər çox istifadə etdiyimiz iki əlavə seçim əldə etmiş oluruq.
Yaratdığımız əlavə komandaları kliklədikdə kiçik bir pəncərə açılır və seçdiyimiz faylə kopyalamaq və ya ötürmək istədiyimiz qovluğu soruşur. Qovluq seçildikdən sonra isə əməliyyat yerinə yetirilir.

03 May 2010

Transformer by Pantural


Mənbə: Qeyd.az

02 May 2010

Photoshop-da alovlu fırça ilə rəsm

Photoshop-da bir neçə sadə əməliyyatdan sonra yuxarıdakı şəkildə gördüyünüz effekti almaq üçün mövzunun ardını oxuyun. Hər bir addım şəkillərlə göstərilmişdir. Şəkillərə böyük ölçüdə baxmaq üçün üzərində klik edin. 


600x800 piksel ölçüsündə yeni bir fayl yaradın və qara rəngə boyayın. Yeni qat yaradıb sərt fırça ilə istədiyiniz formada ağ rəngli bir xətt cızın.



Növbəti addımda cızdığımız xəttin yerləşdiyi qatın üzərində mausun sağ düyməsini klikləyərək Belnding Options menyusuna daxil olun. 


Şəkillərdə göstərilmiş parametrləri daxil edin və OK düyməsini klikləyin. 



Bundan sonra cızdığımız xətt yerləşən qat üzərində Ctrl+A düymələrini klik edib Del düyməsini sıxın. Bu əməliyyat çəkdiyimiz elementi siləcək. Amma şəffaf qat və daxil etdiyimiz parametrlər həmin qatda aktiv qaldığına görə bu qatda çəkdiyimiz hər bir element alov effektli olacaq. Nümunə üçün aşağıdakə şəklə baxın və ya özünüz yoxlayın.

Bundan sonra alovlu etmək istədiyimiz rəsmi seçərək (şəklin fonu  mütləq ağ rəngdə olmalıdır. Çünki ağ rəng fırça yaradıldıqda şəffaflaşır. ) Mən bu şəkli seçdim. 

Seçdiyimiz şəkli photoshopda açıb  Edit - Define Brush Preset menyusuna daxil olaraq fırçamıza istədiyimiz adı veririk. 

Yenidən əvvəlki fayla qayıdaraq fırça alətini seçərək, mövcud fırçalar içindən bir az əvvəl yaratdığəmız fırçanı seçirik. 

Tutorialın əvvəlində yaratdığımız qatın üzərində bir dəfə klik etdib nəticəyə baxırıq.
Tutorial Demiart.ru səhifəsindən azərbaycan dilinə tərcümə olunmuşdur.